Gürcüstanın uşaq musiqi müsabiqəsində Azərbaycan mahnısı ifa olunub - VİDEO

GÜNDƏM 02.06.2022 1330

Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq musiqi layihəsində Azərbaycan mahnısı təqdim olunub.

“Report”un yerli bürosu xəbər verir ki, müsabiqənin iştirakçısı - Telavidən olan 11 yaşlı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını ifa edib.

Azərbaycan dilində ifanı münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Münsiflər heyətinin üzvləri O.Bazeraşvilinin ifasını ən yüksək - 10 xalla qiymətləndiriblər.

Müsabiqədə 4 yaşdan 18 yaşadək olan 10 ifaçı iştirak edir. Yarımfinal iyunun 4-də keçiriləcək.

Qeyd edək ki, “Ranina” müsabiqəsi V mövsümdür keçirilir. Yarışmanın qalibi Gürcüstanı “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top