K-Pop ulduzları asiyalılara qarşı nifrət cinayətləri haqqında danışmaq üçün Ağ Evə yollandılar - FOTO/VİDEO

DÜNYA 02.06.2022 1375

Cənubi Koreyanın dünyaca məşhur qrupu BTS Ağ Evdə brifinq keçirib. Onlar Asiya əsilli amerikalıların, Yerli Havay sakinlərinin və Sakit Okean Adaları sakinlərinin İrs Ayının (AANHPI) son günündə ABŞ-a dəvət olunublar.

Brifinq dörd dəqiqədən az davam edib. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer BTS-i pop fenomeni kimi təqdim edib.

Musiqiçilər brifinqin çox hissəsini Koreya dilində danışıblar. Onlar Asiya əsilli amerikalılara qarşı nifrət cinayətlərinin artmasından, fərqli olmağın pis bir şey olmadığından danışıblar, musiqilərinin dil və mədəni maneələri keçərək bütün dünyada insanlara çatdığını, onları birləşdirdiyini deyiblər.

K-pop qrup üzvləri mətbuat konfransından sonra Baydenlə görüşüb.

“BTS ilə tanış olmaq əla idi… Söhbətimizin təfərrüatlarını tezliklə paylaşmağı səbirsizliklə gözləyirəm”, - deyə Bayden “Twitter” hesabında yazıb.

BTS dəvətə görə təşəkkür edib və ABŞ prezidenti ilə foto paylaşıb. Qrupun bütün üzvləri Co Baydenlə ürək işarəsi ilə poza veriblər.

 





Mənbə: Kp.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top