İrpendə işğal müddətində yaşadıqlarını lentə aldı: Film çəkəcək - VİDEO

DÜNYA 01.06.2022 1515

Məşhur ukraynalı kinorejissor Sergey Sotniçenko bir ay ərzində İrpendə aktiv döyüşlər zamanı yaşadıqlarını lentə alıb. Şəhərin işğalçılardan ən çox əziyyət çəkdiyi hissəsində yaşayan rejissor çəkəcəyi filmdə həmin kadrlardan istifadə etməyi planlaşdırır.

Sergey dəfələrlə həyatla vidalaşdığını, bəzən isə artıq son anlarının olduğunu düşündüyünü deyir.

“Telefonumda 1% enerji var idi. Təsadüfən Vakarçukun “Soyuqdur” (“Xolodno”) mahnısını qoşdum. Bura da dəhşət soyuq idi. Titrəyə-titrəyə bu mahnıya qulaq asırdım. Telefonun şarjı bir bəndə çatdı... Hönkürtü ilə ağladım”, - deyə Sergey Sotniçenko kədərlə xatırlayıb.

Onun sözlərinə görə, işğal günlərində telefonla danışmaq üçün yaxınlıqda yanmış binanın doqquzuncu mərtəbəsinə çıxmalı olurdu, çünki dalğa yalnız orada tuturdu.

Qeyd edək ki, Sotniçenko teleseriallar və sənədli filmlər üzərində işləməsi ilə məşhurlaşıb. Onların arasında “Qələbə uşaqları” (“Deti pobedı”) və “Atomlara parçalanmışlar” (“Rasşeplyonnıye na atomı”) filmləri xüsusi ilə tanınır.

Mənbə: TCH

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top