Şəbnəm Tovuzlu meydan oxudu: “Hansı efirdə varamsa, orda reytinq var” - VİDEO

GÜNDƏM 29.05.2022 811

“Üç ildir ki, mən heç bir efirə pul vermirəm. Onsuzda mən reytinqli ifaçıyamsa, istər-istəməz məni verilişinə dəvət edəcəksən. Çünki sənin mənə ehtiyacın var. Bir ifaçı kimi, bilirəm ki, hansı efirdə varamsa, orada reytinq var”.

Bu sözləri müğənni Şəbnəm Tovuzlu MTV-də yayımlanan “Mtv Maqazin” verilişinə müsahibəsində deyib. 

Müğənni sosial şəbəkələrə arxalanıb efirdən imtina edən həmkarlarına da irad tutub.

“Bu gün nə qədər desələr də ki, “efir olmasa da, biz bizik”, elə deyil. Hər bir ifaçının efirə ehtiyacı var”,- deyə Şəbnəm əlavə edib.

Fəxri adı olmasa da, Tovuzlu xalqın sevgisini qazandığını iddia edərək özünü “Xalq artisti” adlandırıb:

“Xalq daha çox hansı ifaçını sevirsə, o ifaçı Xalq artistidir. Bizi xalq sevir. Məni hər hansısa bir şirkətin işçiləri sevmir ki. Əgər bir ifaçını xalq dəstəkləyirsə, sevirsə, dəyər verirsə, demək bu ifaçı özü Xalq artistidir”.

Ətraflı süjetdə:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top