Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb - FOTO

Sadə xəbər
GÜNDƏM 26.05.2022 1561

ABŞ Prezidenti Cozef Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

Qeyd edək ki, nazir-müşavir rütbəsinə malik Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində çalışır. O, polyak və fransız dillərini mükəmməl bilir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top