Azərbaycanda vəkillərin sayı AÇIQLANDI

GÜNDƏM 25.05.2022 1521

Hazırda ölkədə fəaliyyət göstərən 2 135 vəkil var.

Bu barədə Oxu.Az-a açıqlamasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, bu rəqəm stabil deyil və daim dəyişir:

“Çünki daim vəkilliyə qəbul olunan yeni şəxslər, dövlət qulluğuna keçən şəxslər olur. Əminliklə demək olar ki, gələn ay ərzində vəkillərin sayı 2 200 nəfəri keçəcək. Hazırda vəkilliyə namizədlər bütün mərhələlərdən keçərək, imtahanları da uğurla başa vurublar. Ədliyyə Akademiyasında kurslar tamamlanıb. Gələn ay ərzində çoxsaylı namizədləri vəkilliyə qəbul edəcəyik”.

Sədr onu da əlavə edib ki, vəkil qadınların sayı 300 nəfərdən çoxdur:

“Hazırda Qadın Vəkillərin Alyansı yaradılır. Bu gün Rəyasət Heyətinin iclasında Alyansın əsasnaməsi təsdiq olunacaq. Ümid edirəm ki, bu qurum da səmərəli fəaliyyət göstərən qurumlardan biri olacaq”.

XƏBƏR LENTİ
20.04.2024 2017

DİGƏR XƏBƏRLƏR

Loading
Top