Jirinovskinin oğlu adını dəyişərək İspaniyaya köçməyə hazırlaşır - FOTO

GÜNDƏM 24.05.2022 1669

Rusiyanın mərhum siyasətçisi Vladimir Jirinovskinin böyük oğlu və Dövlət Dumasının keçmiş vitse-spikeri İqor Lebedev adını, soyadını və ata adını tamamilə dəyişib.

İndi onun adı David Aleksandroviç Qarsiyadır.

Məlumata görə, ad dəyişikliyi 2021-ci ilin yayında baş verib. Bundan sonra o, Rusiya siyasətindən və Liberal Demokrat Partiyasından həmişəlik ayrıldığını bəyan edib.

Qeyd edək ki, bu qərarın səbəbi hələ 2014-cü ildə Avropa İttifaqının Jirinovskinin oğluna tətbiq etdiyi sanksiyalar ola bilər. Həmin andan keçmiş deputat və ailə üzvləri daşınmaz əmlaka malik olduğu Avropaya getmək imkanını itirib.

Xatırladaq ki, Vladimir Jirinovski aprelin 4-də vəfat edib. Rəsmi versiyaya görə, onun ölümünə koronavirusun nəticələri səbəb olub.

 

Mənbə: “Baza”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top