“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi

GÜNDƏM 23.05.2022 1515

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Maribor” Sloveniya çempionu olduğu üçün Şimali İrlandiyanın “Linfild” komandası “səpələnməmişlər” səbətinə düşərək “köhlən atlar”ın potensial rəqiblərindən biri olub.

“Səpələnmişlər” səbətinin reytinqinə görə ən güclüsü olan “Qarabağ” bu mərhələdə 13 klubdan biri və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək.

“Qarabağ”ın potensial rəqibləri bunlardır:

Səpələnməmişlər: “Linfild” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Şaxtyor” (Belarus), “Sutyeska” (Monteneqro), Kİ (Farer adaları), “Hibernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan),
“Tirana” (Albaniya), “Balkani” (Kosovo), ilkin mərhələnin qalibləri

Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top