Ərdoğan: “Qarabağ müharibəsi zamanı şahidi olduqlarımız qüvvələrimizi birləşdirməyin zəruri olduğunu göstərdi”

GÜNDƏM 14.05.2022 1348

“Media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında deyib.

“Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanların təlaşı bizə bu məsələnin vacibliyini xatırlatdı və qüvvələrimizi birləşdirməyin nə qədər zəruri olduğunu göstərdi. Müharibə təkcə meydanda aparılmayıb, medianın yazılı və görüntülü formasından tutmuş sosial resurslara qədər bir çox mediada 44 gün ərzində şiddətli mübarizə aparılıb”, - deyə o qeyd edib.

Mənbə: TRT Haber

XƏBƏR LENTİ
01.05.2024 1899

DİGƏR XƏBƏRLƏR

Loading
Top