Millət vəkili Jalə Əliyeva Dünən Zərdab rayonunun Məlikumudlu, Alıcanlı, Körpükənd, Qoruqbağı və Sarıqaya kəndlərində səyyar qəbul-görüş keçirdib-FOTO

SİYASƏT 30.04.2022 2443

Dünən Zərdab rayonunun Məlikumudlu, Alıcanlı, Körpükənd, Qoruqbağı və Sarıqaya kəndlərində millət vəkili Jalə Əliyeva səyyar qəbul-görüş keçirdib. Görüşdə ümumilikdə 200-ə yaxın vətəndaş iştirak edib. Görüş iştirakçıları rayonda və rayonun kəndlərində dövlətimiz tərəfindən ümumilikdə həyata keçirilən əsas quruculuq layihələri-qaz, su, işıq, yol, məktəb, bağça, rabitə qovşağı və s. tikintilərindən məmnunluqlarını bildirərək, həmin layihələrin böyük bir qisminin plana salınmasında deputat Jalə Əliyevanın danılmaz əməyinin və səylərinin olduğunu vurğulayıblar. Eyni zamanda müxtəlif səpkili fərdi xarakterli müraciətlərinə də diqqətlə və həssaslıqla yanaşdığı və həlli istiqamətində müsbət addımlar atdığı üçün millətvəkilinə təşəkkürlərini ifadə ediblər. Görüşdə, eyni zamanda vətəndaşları hazırda narahat edən məsələlər də müzakirə edilib. Bunlar həmkəndliləri tərəfindən örüş torpaqlarının zəbt edilməsi, əkin sahələrinin suvarılması, kəndarası yolların təmiri, kəndi şəhərə bağlayan yol tikintisi, yeni məktəb, bağça, xəstəxana tikintisi, internet təminatı, məhkəmənin qərarından şikayət və s. məsələlərlə bağlı olub. Seçicilər işlə təmin, əlillik qrupunun təyin edilməsi, sosial müavinətlərin verilməsi, müayinə, müalicə və əməliyyat xərcləri, ödənişli əsaslarla təhsi alanlara yardım, fərdi ev tikintisi və təmiri kimi məsələlərin həlli üçün millət vəkilinin əlaqədar qurumlara və imkanlı şəxslərə müraciət etməsini ondan xahiş ediblər. Səhər saat 9.30-da başlayan və axşam saat 18.30-qədər davam edən qəbul və görüşlərdə seçiciləri narahat edən məsələlərin bir qismi əlaqədar qurumların rəhbərliyinə çatdırılıb, bəziləri yerindəcə həllini tapıb. Sonda Jalə Əliyeva qarşıdan gələn Ramazan bayramı münasibətilə seçicilərini təbrik edib, onlara uzun ömür, can sağlığı, firavanlıq, ölkəmizə və xalqımıza əmin-amamlıq, daim inkişaf arzulayıb.























XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top