“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə sığorta ödənişi veriləcək

HADİSƏ 29.04.2022 1480

“Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək.

Bunu “Report”a holdinqə məxsus, Parkın sığorta olunduğu “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib.

Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kvadratmetr sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində onun 4 000 kvadratmetrlik hissəsində yanğın söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top