Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Sadə xəbər
DÜNYA 18.10.2024 2120

Ukrayna lideri Volodimir Zelenskinin Kiyevin Afrika ölkəsindəki terror qrupları ilə əlaqələrinə görə Malidə “məhkəməsi” təşkil edilib.

"Saat24.az" xəbər verir ku, bu barədə "X" sosial şəbəkəsində "African News feed" portalı məlumat yayıb.

"Malinin paytaxtında Zelenskinin məhkəməsi keçirilib. Yerli sakinlər onu Malidə fəaliyyət göstərən terrorçulara dəstək verdiyinə görə mühakimə ediblər", - deyə portal qeyd edib.

“Məhkəmə” zamanı yerli sakinlər əvvəlcə Ukrayna liderinin kuklasını asıblar, sonra isə yandırıblar.

Oktyabrın 10-da Fransanın "Monde" qəzeti mənbələrə istinadən yazıb ki, Ukrayna kəşfiyyatı 2024-cü ilin əvvəlindən Malidəki silahlı separatçı qrupların CSP-DPA alyansının terrorçuları ilə əlaqələrini gücləndirib, Kiyev terrorçulara təlim keçib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top