Güləş millimiz dünya üçüncüsü OLDU

Sadə xəbər
DÜNYA 22.08.2024 2914

İordaniyanın Əmman şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

"Saat24.az" xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən milli komandamız 3 medal qazanıb.

Turan Daşdəmirov (51 kiloqram) və Ayxan Cavadov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kiloqram) isə bürünc mükafat əldə edib.

Yekunda 105 xal toplayan Azərbaycan yığması komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top