Bayden Meksikadan gələn miqrantlara sığınacaq verilməsini qadağan etdi

DÜNYA 05.06.2024 2899

ABŞ Prezidenti Co Bayden Meksikadan ABŞ-a qanunsuz keçən miqrantlara sığınacaq verilməsini qadağan edən əmr imzalayıb.

"Saat24.az" xəbər verir ki, qanunsuz miqrantlara sığınacaqların verilməsi ilə bağlı yeni tədbirlər müvəqqəti xarakter daşıyır. Bildirilir ki, tədbirlər sərhədi keçənlərin sayı əhəmiyyətli dərəcədə azaldıqdan sonra ləğv ediləcək.

Yeni əmr səlahiyyətli şəxslərə sayları müəyyən olunmuş həddi keçdikdən sonra qanunsuz miqrantları dərhal deportasiya etmək hüququ verir.

“İmmiqrant qəbul edən ölkə kimi Amerikanı bir ölkə olaraq qorumaq üçün ilk növbədə sərhədlərimizin təhlükəsizliyini təmin etməliyik”,- deyə C.Baydenin yeni əmrlə bağlı açıqlamasında deyilir.

XƏBƏR LENTİ
17.06.2024 2875

DİGƏR XƏBƏRLƏR

Loading
Top