"Sülh sazişini imzalamağa hazırıq" - Ermənistan XİN

SİYASƏT 23.05.2024 2670

"Ermənistan münasibətlərin nizamlanmasına və sülh haqqında saziş imzalayıb həyata keçirməyə hazırdır". 

"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan açıqlayıb. 

O, bu istiqamətdə işlərin aparıldığını deyib: "Azərbaycanla indiyədək müzakirə olunan və yazılı razılığın əldə olunmadığı məsələlərlə bağlı mövqe fərqləri hələ də qalmaqdadır. İşlər davam edir. Ümid edirik ki, vahid mətnin qəbuluna nail olmaq mümkün olacaq. Hər bir danışıqlar zamanı tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırıq".

Diplomat tərəflər arasında görüşün planlaşdırılmadığını bildirib: "Hazırda yeni görüşlə bağlı razılaşma yoxdur. Baş verən kimi bu barədə məlumat veriləcək".

Kostanyan qeyd edib ki, demarkasiya prosesinin prinsipi 1991-ci il sərhədinin bərpasıdır. Onun sözlərinə görə, iki ölkənin sərhəd demarkasiyası komissiyalarının bəyannaməsində sərhədin demarkasiyası Almatı bəyannaməsi əsasında aparılmalıdır: "Biz münasibətlərin tənzimlənməsinə dair sənəd üzrə danışıqlarda Xarici İşlər Nazirliyi səviyyəsində işləyirik ki, Almatı bəyannaməsinə eyni ifadələr və istinadlar orada yer tapsın". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top