Səudiyyə Ərəbistanı Kralına diaqnoz qoyuldu

DÜNYA 20.05.2024 2214

Həkimlər Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səudda pnevmoniya diaqnozu qoyublar.

"Saat24.az" xəbər verir ki, bu barədə Kral ofisi məlumat yayıb. 

Bildirilir ki, 88 yaşlı monarx tibbi müayinədən keçib, nəticədə ona pnevmoniya diaqnozu qoyulub.Həkimləin sözlərinə görə, iltihabı dayandırmaq üçün kralın antibiotiklərlə müalicəsi lazımdır.

Bir gün əvvəl kralın yüksək hərarət və oynaq ağrıları səbəbindən Ciddədə (Qırmızı dəniz sahilində) “Əs-Salam Palace” klinikasında müayinədən keçdiyi bildirilib. 

Salman bin Əbdüləziz əl Səud 23 yanvar 2015-ci ildən Səudiyyə Ərəbistanının kralı və bütün Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin ali komandanıdır. O, Səudiyyə Ərəbistanının qurucusu Kral Əbdüləziz əl Səudun 25-ci oğludur. Hazırkı kraldan sonra yenisi hazırda 38 yaşında olan vəliəhd şahzadə Məhəmməd bin Salman olacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top