![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/5/18/1/afea1ed0-4544-4a99-9a17-5dfba6351a36/1714769495neft-qaz-muhendisliyi-sevgi-yoxsa-pul.jpg)
Mayın 17-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,71 dollar və ya 0,85% artaraq 1 barelə görə 83.98 dollar təşkil edib.
"Saat24.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,83 dollar və ya 1,05% artaraq 80.06 dollara yüksəlib.