Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

HADİSƏ 11.05.2024 2793

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib.

"Saat24.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir.

Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə alan mütəxəssislər mayın 12 və 13-də geomaqnit qasırğalarının olacağını proqnozlaşdırırlar.

Partlayış günəş diskinin cənub-qərb hissəsində lokallaşdırılıb. Bir müddətdir ki, bu sahədə aktivlik var.

Xatırladaq ki, mayın 4-ü və 5-də X dərəcəli 12 partlayış qeydə alınıb.

XƏBƏR LENTİ
17.06.2024 2897

DİGƏR XƏBƏRLƏR

Loading
Top