Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

CƏMİYYƏT 17.04.2024 3338

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyevə nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bu barədə "Saat24"a Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top