Gəncədə iki mərtəbəli evdə yanğın olub, ölən var

CƏMİYYƏT 13.04.2024 3024

Gəncə şəhərində yanğın hadisəsi olub, 1 nəfər ölüb.

"Saat24.az"ın məlumatına  görə, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb.

Ümumi sahəsi 190 kvadratmetr olan 2 mərtəbəli evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Evə baxış zamanı 1966-cı il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top