Almaniya Gürcüstanı Aİ ilə hədələdi

Sadə xəbər
DÜNYA 06.04.2024 2458

Xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunu itirə bilər.

"Saat24.az" "Röyters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Sebastyan Fişer bildirib.

“Keçən il Gürcüstan vətəndaş cəmiyyətinin on minlərlə nümayəndəsinin bu qanun layihəsinə etirazı nəticəsində o, gündəmdən çıxarılıb. Gürcüstanın bu şansı itirib-itirməyəcəyinə Aİ-nin digər ölkələri ilə məsləhətləşmələrdə qərar veriləcək", - deyə diplomat bildirib. 

Bəyanat Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Berlinə gözlənilən səfərinə təsadüf edir. Səfər çərçivəsində o, Almaniya kansleri Olaf Şoltsla görüşəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top