Xankəndidə silah-sursat aşkarlanıb

Sadə xəbər
HADİSƏ 04.04.2024 2915

Ötən gün Xankəndidə 8 silah aşkarlanıb.

Bu barədə "Saat24.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə vətəndaşlardan qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 3 patron darağı aşkar edilərək götürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top