Rusiya miqrant axınına nəzarəti gücləndirəcək

Sadə xəbər
DÜNYA 25.03.2024 2919

“Krokus Siti Holl”da baş verən terror aktından sonra dövlət qurumları vasitəsilə miqrant axınına nəzarətin gücləndirilməsi istiqamətində işlər sürətləndirilə bilər.

"Saat24.az" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

O vurğulayıb ki, miqrant axını son illər dövlət qurumları tərəfindən sistemli şəkildə nəzərdən keçirilən mövzudur.

“Biz prosesə daha çox mütəşəkkillik əlavə etməkdən, ziyarətçilərin miqrasiya qanunvericiliyimizə riayət etməsinə nəzarətin artırılmasından danışırıq. “Krokus”da baş verən faciə, görünür, bu işi sürətləndirmək üçün təsir edəcək”, - deyə o qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top