Gürcü Baş nazir Ermənistana getdi

DÜNYA 25.03.2024 2491

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib.

"Saat24.az" xəbər verir ki, bu barədə, Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. İ.Kobaxidzenin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşü də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı dünyada və regionda baş verən proseslər, Cənubi Qafqazda davamlı sülhün əldə olunması və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Gürcüstanın hökumət başçısının başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top