![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/3/22/1/14d56547-b70a-43b8-8ad7-6405f93143a6/e9790741-9833-333d-9c51-0aae65dc7c16_850.jpg)
Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
Bu barədə "Saat24.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.