Xankəndidə silah-sursat aşkarlanıb

Sadə xəbər
HADİSƏ 20.03.2024 2037
Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb.

Bu barədə "Saat24.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 19-da Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 4 qumbara, 2 qumbara alışdırıcısı, 10 patron darağı, 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top