Boşanmaların sayı artıb, nikahlar isə azalıb

Sosial 15.03.2024 2217

Azərbaycanda boşanmaların sayı artıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top