Ankarada Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu

SİYASƏT 14.03.2024 3015

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçaparla görüşüb. 

"Saat24.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazir müavinləri Ukraynadakı münaqişənin diplomatik həlli və Cənubi Qafqazdakı vəziyyət mövzularında məsləhətləşmələr aparıblar.

"Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik yolla həlli perspektivləri müzakirə edilib. Rusiya tərəfi bu kontekstdə ABŞ başda olmaqla Qərbə gərginliyi artırmağı dayandırmağın vacibliyi qeyd edilib. Ukrayna rəhbərliyinin Rusiya ilə danışıqlarda özünə qoyduğu qadağaları aradan qaldırması və yeni geosiyasi reallıqları qəbul etməli olduğu bildirilib. Onlar, həmçinin, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıblar və bunun ilk növbədə regional formatlar çərçivəsində təşviq edilməsinin əhəmiyyətini qeyd ediblər”, - , deyə Rusiya XİN-in məlumatında deyilir. 

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top