![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/3/13/1/53aa20c0-e5cd-40c5-9c60-d74b965651d1/1710307974screenshot-2024-03-13-093249.jpg)
"Hərbi-texniki baxımdan Rusiya Federasiyası nüvə müharibəsinə hazırdır".
"Saat24.az" xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin jurnalist Dmitri Kiselevlə söhbətində bildirib.
"Əgər Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa, o zaman nüvə silahından istifadə olunacaq. Söhbət suverenliyimizə və müstəqilliyimizə xələl gətirən Rusiya dövlətinin mövcudluğundan gedirsə, biz nüvə silahdan istifadə etməyə hazırıq", - deyə Putin bildirib.
Həmçinin, o,qeyd edib ki, ABŞ yaxın gələcəkdə nüvə müharibəsinə hələ hazır deyil:
"Amerikalılar indi bu müasirliyi, yeniliyi artırmaq vəzifəsini qoyurlar, onların müvafiq planı var. Amma bu o demək deyil ki, onlar sabah nüvə müharibəsi başlamağa hazırdırlar".
Onun sözlərinə görə, Rusiya bu məsələdə ABŞ-dən geri qalmır və qüvvələrini artırır.