NATO Kiyevə silah tədarükünü koordinasiya etmək istəyir

DÜNYA 10.02.2024 2931

NATO Kiyevə silah tədarükünün koordinasiyasını öz üzərinə götürmək istəyir.

"Saat24.az" xəbər verir ki, bu barədə Almaniyanın Handelsblatt qəzeti mənbələrə istinadən yazıb.

Məqalə müəllifləri vurğulayırlar ki, Ukraynaya yardım NATO proqramının bir hissəsi deyil, Kiyevlə razılaşmalar çərçivəsində təşkilata üzv olan suveren ölkələr tərəfindən həyata keçirilib. İndi Şimali Atlantika Alyansı Vaşinqtonda mümkün rəhbərlik dəyişikliyi ilə əlaqədar Ukraynaya silah tədarükünü tam şəkildə əlaqələndirmək istəyir. Təşkilatın üzvləri arasında keçmiş dövlət başçısı Donald Trampın sentyabrda ölkə prezidenti vəzifəsinə keçəcəyi təqdirdə ABŞ-ın Kiyevə silah tədarükünü davam etdirəcəyi ilə bağlı qeyri-müəyyənlik artır .

“Qərb Müdafiə Alyansı Ukraynaya silah tədarükünün koordinasiyasını öz üzərinə götürmək planlarını hazırlayır”, - nəşr yazıb.

Bundan əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen demişdi ki, Rusiya yaxın 3-5 il ərzində NATO ölkələrinə hücum edə bilər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top