Xamneyinə "Facebook" və "Instagram" qadağan edildi

Manşet
DÜNYA 09.02.2024 2913

İsrailyönlü qruplar Qəzzadakı müharibə ilə bağlı sərt açıqlamalar verən Xamneyinin sosial media hesablarının bağlanmasını istəyib.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra "Meta" İranın dini lideri Ayətullah Əli Xamneyini qara siyahıya salıb.

Texnologiya nəhənginin açıqlamasında: "Təhlükəli qurumları, fərdləri və qaydalarımızı dəfələrlə pozan hesabları sildik". 

Qərara uyğun olaraq, İran liderinin ingilis və fars hesabları da silinib.  Sosial medianın aktiv istifadəçisi olan Xamneyinin farsca İnstaqram hesabını 5 milyondan çox insan izləyirdi. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top