"Mülki şəxslərə atəş açın!" - Lukaşenkonun yeni qərarı

DÜNYA 06.02.2024 2856

Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq etmək hüququ alıb.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti  Aleksandr Lukaşenko ölkənin silahlı qüvvələrinin daxili xidmət nizamnaməsinə müvafiq dəyişikliklər edib.

Xüsusən də prezident sənədin 11-ci maddəsinin dəyişdirilməsi barədə göstəriş verib. 

Bildirilir ki, hərbi qulluqçular öz tapşırıqlarını yerinə yetirərkən “hakimiyyətdə olan vəziyyəti, cinayətin xarakterini, inzibati xətanı və hüquq pozuntusunu törədənin şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək” hüququna malikdirlər.

Bütün bunlardan əvvəl silahdan istifadə etmək niyyəti barədə “aydın və aşkar” xəbərdarlıq edilməlidir. Gecikmənin hərbi qulluqçuların və ya digər vətəndaşların həyatı üçün təhlükə yaratdığı və ya “digər ağır nəticələrə” səbəb ola biləcəyi hallar istisna olmaqla, pozucudan qeyd olunan tələblərin yerinə yetirilməsi üçün kifayət qədər vaxt da tələb olunur.

Əvvəllər sözgedən maddədə “Hərbi qulluqçuların öz səlahiyyətlərini aşaraq fiziki qüvvədən, xüsusi vasitələrdən, silahlardan, hərbi və xüsusi texnikadan istifadə etmələri qanunvericilik aktları ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur” - qeyd edilmişdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top