Tağıyevin mübahisəli FOTOSU

CƏMİYYƏT 29.01.2024 2201

Sosial şəbəkələrdə azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin ailə üzvləri ilə birlikdə vəfat etmiş oğlu Kazımın tabutu başında çəkilmiş fotosu yayılıb. 

"Saat24.az" xəbər verir ki, tabutla foto çəkilməsi və üstəlik, bu ənənənin qədim zamanlardan mövcud olması müzakirələrə səbəb olub. 

Belə ki, bəziləri bunun tabut olmadığını, messenatın oğlunun ölüm döşəyində olduğunu, bəziləri isə fotonun montaj edildiyini yazıb.  

Araşdırmaçı Elşad Aydınoğlunun sözlərinə görə, post-mortem fotoqrafiya (ing. Post-mortem photography) — vəfat etmiş şəxsin fotolarının çəkilməsi ənənəsidir.

Ölüm sonrası fotoqrafiya anlamına gələn post-mortem fotoqrafiya XIX əsrin sonları, XX əsrin əvvəllərində Amerika və Avropa mədəniyyətlərində geniş yayılıb. Post-mortem fotolar adətən vəfat etmiş şəxsin qohumları tərəfindən onun xatirəsini əbədiləşdirmək və daimi xatırlamaq məqsədi ilə hazırlanırdı. Post-mortem fotoların çəkilməsi ənənəsi XX əsrin əvvəllərində Azərbaycanda da mövcud olub. Hacı Zeynalabdin Tağıyevin ailə üzvləri ilə birlikdə vəfat etmiş oğlu Kazımın tabutu önündə çəkdirdiyi şəkil buna misal göstərilə bilər.

Fotoda  Tağıyevin oğlu İsmayıl, birinci həyat yoldaşı Zeynəb xanım, Hacı və Sadıq yer alıblar.

Fotonun əsli Milli Azərbaycan Tarix Muzeyində qorunur. 
 

XƏBƏR LENTİ
18.05.2024 3220

DİGƏR XƏBƏRLƏR

Loading
Top