![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/1/27/1/40e66193-686d-4e86-81f4-256fc6d0f096/1706342038b0935f31-b316-3cda-8dbc-7c5de9402c59.jpg)
Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən "Saat24.az"a verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.