Yaxın günlərdə sülh müqaviləsi üzrə cavab təklifləri Ermənistana göndəriləcək - Nazir AÇIQLADI

SİYASƏT 27.01.2024 2284

"Yanvar ayının əvvəlində Ermənistan tərəfindən sülh prosesi ilə bağlı şərh paketini əldə etmişik. Hazırda biz də qarşı tərəfə cavab üzərində çalışırıq".

"Saat24.az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ötən il Azərbaycanın İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın vaxtlarda qarşı tərəfə Azərbaycanın şərh paketi təqdim olunacaq.

Nazir həmçinin mina xəritələrindən də bəhs edib: "Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır. Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilməməsini deməyi absurddur. 480 km uzunluqda, 2 km dərinlikdə 960 kv.km ərazi son 3 il ərzində tamamilə minalanıb".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top