Bakıda kafedə 2800 manat oğurlandı

Sadə xəbər
HADİSƏ 22.01.2024 2714

Bakıda kafedə oğurluq olub.

"Saat24.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Buzovna qəsəbəsi ərazisində yerləşən kafedə bir nəfərin gödəkcəsinin cibindən 2800 manat pulunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Əhməd İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top