Şimali Koreya ballistik raket BURAXDI

DÜNYA 14.01.2024 3976

Yaponiya Sahil Xidməti Şimali Koreyanın raket buraxdığını və bunun ballistik raket olduğunun ehtimal edildiyi bildirilib.

"Saat24.az"  TASS-a istinadən xəbər verir ki, Yaponiya Sahil Xidməti regionda olan gəmiləri raket qalıqları aşkarlanarkən ona yaxınlaşmamağa və dərhal hakimiyyət orqanlarına məlumat verməyə çağırıb.

Eyni zamanda Şimali Koreyanın buraxdığı ballistik raketin artıq düşdüyünün ehtimal olunduğu qeyd edilib. NHK telekanalının isə hökumətdəki mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Bundan əvvəl Şimali Koreya 18 dekabr 2023-cü ildə "Xvason-18" qitələrarası ballistik raket buraxılışını həyata keçirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top