
Saat24.Az-ın məlumatına görə Zərdab rayon Xəstəxanasına yenicə direktor təyin olunmuş Emil həkimin təşəbbüsü ilə dəvət olunmuş Cərrah mama-ginekoloq Səbinə həkim bu gözəl missiyanı yüksək bacarıqla yerinə yetirdi.Aşağıda adları çəkilən həkim komandası ilə həyata keçirilən əməliyyat 5 yanvar 2024-cü ildə saat 23:15 radələrində körpə qız uşağının dünyaya gəlişi ilə nəticələndi.
1.İsmayılova Südabə-Şöbə müdiri
2.Əliyeva Səbinə-Cərrah mama-ginekoloq
3.Abdullayeva Nahidə-neanotoloq
4.Araz Nəsirov-Cərrah
5.Rüstəmov Bahəddin-anestizoloq
Yeni doğulmuş körpənin çəkisi 2.5kq,boyu 49 sm-dir.Ana və balanın hər ikisinin səhhəti normaldır.
Zərdab Rayon Mərkəzi Xəstəxanasının həkim komandasının bu uğuru hər bir Zərdab camaatının ürəyincədir,çox sevindirici haldır ki,qadınlarımızın min bir əziyyətlə Bakıya və digər xəstəxanalara üz tutmasının qarşısını alır.
Həkimlərimizə,başda Emil həkim olmaqla uğurlar arzulayırıq!