Ağacları kəsən şəxs saxlanıldı

Sadə xəbər
CƏMİYYƏT 05.01.2024 2270

İmişli rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.

Bu barədə "Saat24.az"a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.

Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top