İranlı deputat gömrük postunun açılışı zamanı Azərbaycan sərhədini keçməyə çalışıb

Sadə xəbər
HADİSƏ 05.01.2024 2034

Dekabrın 30-da Astaraçayda Azərbaycan və İran arasında inşa edilən yeni modul gömrük-sərhəd postunun və körpünün rəsmi açılış mərasimi zamanı İran parlamentinin deputatı Azərbaycan sərhədini keçməyə cəhd edərək protokoldan kənara çıxıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Krım Xəbər Agentliyi Güney Azərbaycan mətbuatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran parlamentinin Gilan əyalətindən olan millət vəkili, milliyyətcə fars olan Həsən Məhəmmədyari sərhəd xəttini pozsa da, Azərbaycan sərhədçiləri dərhal onu dayandırıblar. 

Deputatın bu hərəkətinin təxribat, yoxsa sadəcə təsadüf olduğu bilinmir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top