Ukraynada deputatların icazəsiz xaricə getməsi qadağan olundu

DÜNYA 04.01.2024 2301

Ukraynada deputatların Xarici İşlər Nazirliyinin təlimatı olmadan xaricə getməsi qadağan edilib. 

"Saat24.az" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

"Xalq deputatları yeni ildən xaricə ezamiyyətə gedərkən rəsmi açıqlama və şərhlər üçün Xarici İşlər Nazirliyindən tezislər almalıdırlar", - deyə məlumatda qeyd olunub. 

Ali Radanın spikeri Ruslan Stefançukun 29 dekabr 2023-cü il tarixli sərəncamında qeyd olunur: "Deputat ilkin gediş zamanı Xarici İşlər Nazirliyindən Ukraynanın xarici siyasət kursu və ya tezisləri ilə bağlı dəqiqləşdirmələr almadıqda, xalq deputatının xaricə ezamiyyətlə bağlı müraciətinə baxıla bilməz". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top