Sabirabad sakininin evində 4 kiloqram narkotik tapıldı

HADİSƏ 04.01.2024 2142

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərində iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top