Hava Hücumundan Müdafiə bölmələrindən döyüş atışları - VİDEO

CƏMİYYƏT 27.12.2023 1824

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

"Saat24.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.
Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ümumqoşun poliqonunda keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Döyüş atışlı təlimdə HHM bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər.


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top