Yevlaxda içərisində hərbiçilərin də olduğu maşın qəzaya düşdü

Sadə xəbər
HADİSƏ 20.12.2023 1104

Yevlaxda içərisində hərbiçilərin də olduğu minik maşını qəzaya düşüb.

"Saat24.az"ın məlumatına görə hadisə Xaldan şossesində, Havarlı kəndinin yaxınlığında baş verib. Havarlı kənd sakininə məxsus Vaz 2106 markalı maşın içərisində bir neçə hərbiçinin olduğu Vaz 2115 markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən sonuncu maşın yol kənarına düşüb. Qəza nəticəsində müxtəlif bədən xəsarərləri alan biri qadın olmaqla 3 nəfər yaralı xəstəxanaya çatdırılıb. 59 yaşlı Havarlı kənd sakini Araz Bayramova isə yerindəcə tibbi yardım göatərilib.

Faktla bağlı araşdırma aparlır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top