Bakıda 47 mindən çox şagird məktəbini dəyişdi

CƏMİYYƏT 19.12.2023 1817

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2023-cü ildə 47 854 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

"Saat24.az" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.

Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top