![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/12/16/1/ef4e36f6-5207-4fa1-9017-a48ba9a204f6/1702672432_1602518082-1588004670-f3a25b99-c804-4ae4-bd82-10b47f8a487c.jpg)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə nəzarət ofisi bağlanıb.
"Saat24.az" xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Qebreyesus ofisin bağlanması barədə qərarın ÜST-yə üzv ölkələr tərəfindən verildiyini vurğulayıb.
Baş direktor ofisin bağlanmasını bu mərkəzin normal fəaliyyət göstərə bilməməsi ilə izah edib.
"Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması ofisinin bağlanması qərarını üzv ölkələr qəbul edib. Təbii ki, onların belə mandatı var. Qərarı onlar veriblər və biz də katiblik olaraq bunu dəstəkləmişik", -deyə baş direktor bildirib.