Dəmir yolundakı hasarla bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT 17.05.2023 2280

Azərbaycanda dəmir yolunun tən yarısının üzərində tikilən daş hasarın görüntüləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

"Saat24.az" xəbər verir ki, sözügedən görüntülərlə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-mətbuat katibi Bəxtiyar Məmmədov "Facebook"da paylaşım edib.

O, QSC-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını qeyd edib.

B.Məmmədov bildirib ki, çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur:

“Dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətlərinə deyilir. "Azərbaycan Dəmir Yolları"nın balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır”.

XƏBƏR LENTİ
17.04.2024 3192

DİGƏR XƏBƏRLƏR

Loading
Top