Məktəblərlə bağlı yenilik - Şagirdlərə psixoloji pasport veriləcək

CƏMİYYƏT 17.04.2023 1267

Son illər məktəblərdə şagirdlərin davranış qaydaları,onların qeyri-etik hərəkətləri, müəllim-şagird münasibətləri çox ciddi şəkildə korlanıb.

 Saat24.az Xezerxeber.az-a istinadən xəbər verir ki, şagirdlərin yol verdikləri neqativ hallar məktəblilərin psixoloji durumunun monitorinqini aktuallaşdırıb.

“Artıq bu cür hadisələrin qarşısını almaq üçün orta məktəb şagirdlərinin psixoloji pasportlarının  hazırlanması istiqamətində işlər aparılır”.

Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə bu pasport şagirdlərin öncədən davranışlarını proqnozlaşdırmağa imkan verəcək.

Ekspert onu da bildirdi ki, psixoloji dəstək xidmətlərinin mövcudluğu şagirdlərin müxtəlif problemlərinin həlli yollarını tapmağa imkan yaradacaq. Lakin  ölkəmizdə bu sahədə mütəxəssis çatızmazlığı, bu işin vaxtında və səmərəli başa çatdırılmasına öz mənfi təsirini göstərəcək.

Psixoloji pasport vasitəsilə artıq intihara, eləcə də konfliktə meyilli  uşaqları öncədən müəyyənləşdirmək mümkün olacaq.

Psixoloq İbrahim İbrahimovun sözlərinə görə, psixoloji pasportun hazırlanması  həm də uşağın gələcək iş və ixtisas seçimində mühüm rol oynayacaq.

“Psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanacaq”

Həmçinin bu pasportlar şagirdlərin gələcək karyeralarına da təsirsiz ötüşməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top