Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Kazımabad kəndində səyyar qəbul keçirib -Foto

CƏMİYYƏT 12.01.2023 2059
 İlin ilk səyyar qəbulu Kazımabad kəndində keçirilib

Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları 2023-cü ildə də davam edir. İlin ilk səyyar qəbulu Kazımabad kəndində keçirilib. Kazımabad kənd  tam orta məktəbin iclas zalında keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov kənd sakinlərini yeni təqvim ili münasibəti ilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Ötən il rayonda görülən quruculuq-abadlıq işlərindən, təsərrüfatda əldə edilən uğurlardan, o cümlədən mütəmadi olaraq keçirilən səyyar qəbulların əhəmiyyətindən danışan rayon rəhbəri qarşıda duran işlərdən də söz açıb.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top