Bakıda zəncirvari qəza zamanı avtomobil aşıb: Xəsarət alanlar var - FOTO

HADİSƏ 06.01.2023 1640

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı maşının sürücüsü metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Həmin istiqamətdə olan “Hyundai”, “Opel” və digər “Toyota” markalı maşınların sürücüləri sükana nəzarəti itirdiklərindən avtomobillər ardıcıllıqla bir-birinə çırpılıblar.

Nəticədə “Toyota” markalı maşında olan iki nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb ediliblər. Yaralılara ilkin tibbi yardım göstərilib.

Yol Patrul Xidmətinin əməkdaşları əraziyə evakuator xidməti çağırıblar. Maşınlar ərazidən götürülüb, hərəkət bərpa edilib.

Hadisənin təfərrüatı araşdırılır.

 








XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top